“Flamenqo” üçün düşərli tur

7.10.2025 11:00 6
Dünya futbolu
A seriyasında 25-ci tur lider üçün ikiqat düşərli oldu. “Flamenqo” qələbə qazandı, əsas izləyicisi isə məğlubiyyətə uğradı. Nəticədə lider ilə “Kruzeyro” arasındakı xal fərq 4-ə yüksəldi.

"Football-plus.az" xəbər verir ki, “Flamenqo” əvvəlki turun “Vasku da Qama” ilə ev oyununda gözlənilmədən xal itirmişdi. Amma 1:1 hesablı heç-heçə liderin mövqeyini qorumasına mane olmamışdı.

“Korintians”a qarşı səfər oyununda Filipe Luisin komandasının işi heç də asan olmadı. Bu mövsüm o qədər də yaxşı təsir bağışlamayan ev sahibləri ilk hissədə güclü rəqibinin həmlələrinin qarşısını almağı bacardılər. Üstəlik fasilədən dərhal sonra hesabı açdılar. Ancaq Yuri Albertonun vurduğu qol san paulululara yalnız 8 dəqiqə sevinc gətirdi. De Arraskaeta 55-ci dəqiqədə Karraskalın ötürməsi ilə hesabı bərabərləşdirdi. Uruqvaylı yarımmüdafiəçi bu mövsüm çempionatda 14-cü qolunu vurmaqla bombardirlərin siyahısında 2-ci yerdəki mövqeyini möhkəmləndirdi. Bundan sonra meydanda güzəştsiz mübarizə yaşandı. Matçın heç-heçə sona çatmaq ehtimalı getdikcə artsa da, meydana 81-ci dəqiqədə çıxan Arauxo qonaqlara qələbə gətirən qolu vurdu. Əzmkar qələbə “Flamenqo”nun lider mövqeyini möhkəmləndirdi. Rio de janeyroluların ehtiyatda bir təxirə salınan oyununun olduğunu da qeyd edək.

“Flamenqo” indi “Kruzeyro”dan 4 xal öndədi. Tura 2-ci yerdə başlayan Leonardo Jardimin komandası azarkeşlərini məyus etdi. Belu orizontelilər səfərdə “Vasku da Qama”dan xal ala bilmədilər. Amma iki cavabsız qolla uduzması “Kruzeyro”nun 2-ci pillədə qalmasına mane olmadı.

Çünki tura 3-cü pillədə başlayan “Palmeyras” da büdrədi. Ötən mövsümün vitse-çempionu da hesabına xal yaza bilmədi. Abel Ferreyranın komandası səfərdə “Bayya”ya minimal hesabla uduzdu. 4:1 hesablı ardıcıl iki qələbədən sonra büdrəyən “yaşıllar”ın liderlər qrupundakı mövqeyi bir qədər zəiflədi. Ehtiyatda iki təxirə salınan oyunu olan “Palmeyras” liderdən 5 xal geri düşdü.
“Mirassol” da azarkeşlərini məyus etdi. İki tur əvvəl 4-cü yerə çıxan “yaşıl-sarılar” bu dəfə səfərdə “Atletiko Mineyro”ya 0:1 hesabıyla uduzdular. Ev sahiblərinin müdafiəçisi Junior Alonsonun fasilə ərəfəsində qırmızı vərəqə alması da “Mirassol”un işinə yaramadı. A seriyasının debütantı məğlub olsa da, mövqeyini qorudu.

Ona görə ki, “Botafoqo” səfərdə “Fluminense”dən iki cavabsız top buraxdı. Nəticədə son çempion 4-cü yerə çıxmaq şansından yararlana bilmədi. “Ağ-qaralar” 16-cı turdan təxirə salınan oyunda “Qremio”dan bir xal (1:1) aldılar. Davide Ançelottinin komandasının titulu qorumaq şansı bir qədər də azaldı. “Botafoqo” indi liderdən 14 xal geridədi.

25-ci tur
Korintians - Flamenqo 1:2

Yuri Alberto, 47 - De Arraskaeta, 55. Arauxo, 87.

Vasku da Qama - Kruzeyro 2:0
Rayan, 8. Paulo Enrike, 61.

Bayya - Palmeyras 1:0
Ademir, 78.

Atletiko Mineyro - Mirassol 1:0
Vitor Uqo, 8.

Fluminense - Botafoqo RJ 2:0
Kano, 33. Lima, 89.

San Paulu - Seara 0:1
Pedro Enrike, 56.

Fortaleza – Sport Resife 1:0
Lukas Saşa, 44.

Juventude - İnternasyonal 1:1
Enio, 61 - Alan Patrik, 24.

Qremio - Vitoriya 3:1
Andre Enrike, 45+3. Amuzu, 67. Aravena, 89 – Aytor, 49.

Braqantino - Santos 2:2
Lukas Barboza, 30. Pedro Enrike, 78 - L.Dias, 56. Barreal, 60.

16-cı turdan təxirə salınan oyunlar
Qremio - Botafoqo RJ 1:1

Tyaqo Volpi, 90-p. - Kuyabano, 53.

Vasku da Qama - Bayya 3:1
Koutinyo, 45+1. X.Rodriges, 60. Juba, 76-öz qapısına – Sanabriya, 31.

1. Flamenqo 24 16 6 2 50-12 54
2. Kruzeyro 25 15 5 5 39-19 50
3. Palmeyras 23 15 4 4 36-19 49
4. Mirassol 24 11 9 4 41-24 42
5. Botafoqo RJ 25 11 7 7 35-20 40
6. Bayya 24 11 7 6 32-28 40
7. San Paulu 25 9 8 8 27-25 35
8. Fluminense 23 10 4 9 28-29 34
9. Braqantino 25 9 5 11 31-37 32
10. Qremio 25 8 8 9 27-31 32
11. Seara 24 8 7 9 23-23 31
12. Vasku da Qama 25 8 6 11 38-35 30
13. Korintians 25 7 8 10 25-31 29
14. Atletiko Mineyro 23 7 7 9 22-26 28
15. İnternasyonal 24 7 7 10 29-37 28
16. Santos 24 7 6 11 24-34 27
17. Juventude 24 6 4 14 20-46 22
18. Vitoriya 25 4 10 11 20-38 22
19. Fortaleza 24 5 6 13 24-38 21
20. Sport Resife 23 2 8 13 16-35 14

Bombardirlər: Kayo Jorje (Kruzeyro) - 15, De Arraskaeta (Flamenqo) - 14, Veqetti (Vasku da Qama) - 12, Pedro (Flamenqo) - 10, Alan Patrik (İnternasyonal), Reynaldo (Mirassol), Roke (Palmeyras) - 8.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul