Neymar üçün üzücü aqibət

2.10.2025 12:03 17
Dünya futbolu
Neymar növbəti dəfə yaşıl meydandan ayrı düşüb.

"Football-plus.az" xəbər verir ki, “Santos”un hücumçusu sağ budundan zədə alıb. 33 yaşlı futbolçu bu səbəbdən azı bir ay futbol oynaya bilməyəcək.

Neymar bu il bütün turnirlərdə meydana çıxdığı 21 matçda 6 qolun və 3 məhsuldar ötürmənin müəllifi olub.