Neymar 1,5 milyon dollarlıq maşın aldı!

27.07.2025 18:54 39
Dünya futbolu
"Santos"un hücumçusu Neymar rejissor Kristofer Nolanın "Betmen" filmlərindəki əfsanəvi avtomobilin oxşarı olan betmobil alıb.

"Football-plus.az" xəbər verir ki, unikal avtomobilin dəyəri 1,5 milyon dollardı.

Bundan əvvəl Neymar kolleksiyasına 9 milyon dollara aldığı "Betmen" temalı helikopter əlavə edib. O, sağ çiyininin üzərinə super qəhrəmanın döyməsini də vurdurub.

Qeyd edək ki, 33 yaşlı futbol ulduzu 2025-ci ilin əvvəlində "Əl-Hilal"la müqaviləsini ləğv edəndən sonra Braziliyanın məşhur klublarından "Santos"a transfer olunub.