Neymar gəmisi ilə səfərə çıxdı

28.12.2023 13:09 195
Dünya futbolu
Neçə vaxtdı zədəli olan Neymar yeni il ərəfəsində əhvalını yüksəltmək qərarına gəlib.

"Football-plus.az" xəbər verir ki, bu səbəbdən “Əl-Hilal”dan ayrı olan braziliyalı futbolçu uzaq səfərə çıxıb.

2024-cü ilin avqustuna qədər futbol oynaya bilməyəcək Neymar öz gəmisi ilə ölkəsinə səfər təşkil edib. İspaniyada çıxan “AS” qəzetinin məlumatına görə, layner dekabrın 27-də Rio de Janeyroya yola düşüb. Bu səfərin 3 gün davam edəcəyi və bundan sonra gəminin geri qayıdacağı xəbər verilib. “MSC Preziosa” adlı gəminin göyərtəsində ümumilikdə 3500 nəfər səyahət edir. Gəmidə mağazalar, kazino, boulinq salonu, kinoteatr və digər əyləncə otaqları var. Neymar bütün ailəsi ilə birlikdə laynerdədi.

Maraq üçün onu da bildirək ki, səyahət üçün biletin qiyməti 1-6 min avro arasında dəyişir.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul