Vüsalın komandası heç-heçə etdi

31.08.2025 12:35 10
Dünya futbolu
Vüsal İsgəndərlinin formasını geydiyi "Partizani" Albaniya superliqasında 2-ci tur oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda evdə "Teuta" ilə qarşılaşıb. Görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Vüsal da bu matçda iştirak edib. O, meydana start heyətdə çıxıb və 70-ci dəqiqədə əvəzlənib.

"Partizani" 4 xalla 2-ci sıradadı.