Vüsalın komandası qalib gəldi

25.08.2025 10:00 13
Dünya futbolu
Vüsal İsgəndərlinin formasını geydiyi "Partizani" Albaniya superliqasında 1-ci tur oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda doğma meydanda “Voru”nu qəbul edib - 1:0.

Vüsal da bu matçda iştirak edib. 30 yaşlı hücumçu start heyətində meydana çıxıb və sonadək oynayıb. O, 47-ci dəqiqədə sarı vərəqə alıb.

Xatırladaq ki, Vüsal bu yay "Partizani"yə keçib.