Vüsal Albaniya klubunda debüt etdi

26.06.2025 12:12 53
Dünya futbolu
Vüsal İsgəndərli bir müddət əvvəl transfer olduğu "Partizani”nin heyətində Şimali Makedoniyada təlim-məşq toplanışında yoldaşlıq oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, albanlar yerli "Rabotniçki" ilə qarşılaşıb.

Görüş “Partizani”nin 3:0 hesabı qələbəsi ilə yekunlaşıb.

İsgəndərli matça start heyətində çıxıb və fasilədə əvəzlənib.