"Tirana" Vüsalın komandasını darmadağın etdi

25.12.2023 12:26 200
Dünya futbolu
Vüsal İsgəndərlinin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, sözügedən komanda 18-ci tur çərçivəsində evdə “Tirana” ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan 0:5 hesablı məğlubiyyətlə ayrılıb.

İsgəndərli bu matça start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib.

“Eqnatiya” hazırda 37 xalla 1-ci pillədə qərarlaşıb.