Vüsalın komandasından heç-heçə

19.08.2024 11:13 308
Dünya futbolu
Millimizin üzvü Vüsal İsgəndərlinin formasını geydiyi "Boluspor" Türkiyə 1-ci liqasında 2-ci tur oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda "Gənclərbirliyi"nin qonağı olub. Matç 1:1 hesabı ilə başa çatıb.

Vüsal start heyətində meydana çıxıb və 64-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Boluspor" hazırda 1 xalla 17-ci pillədə qərarlaşıb.