Almaniya klubunda yeni müqavilə

26.08.2025 17:17 7
Dünya futbolu
Niko Kovaç “Borussiya” rəhbərliyinin yeni müqavilə təklifini müsbət cavablayıb.

"Football-plus.az" xəbər verir ki, xorvatiyalı məşqçi Dortmund klubu ilə müqaviləsinin müddətini 2027-ci ilin yayına qədər artırıb.

Kovaç “Borussiya”nın baş məşqçi vəzifəsinə fevralda təyin olunub. Komanda onun başçılığı altında bütün turnirlərdə keçirdiyi 27 oyunda 16 qələbə qazanıb, 5 dəfə heç-heçə edib və 6 dəfə məğlub olub.