Kovaç yenidən bundesliqaya qayıtdı

26.05.2022 12:52 369
Dünya futbolu
“Volfsburq”da baş məşqçi dəyişikliyi olub.

Florian Kofeldt istefaya göndərilib. Komandanı ötən ilin oktyabrından çalışdıran məşqçinin yerinə Niko Kovaç təyin edilib. 50 yaşlı xorvatiyalı ilə müddəti 2024/25 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb. Qeyd edək ki, Kovaç bundesliqada daha əvvəl “Ayntraxt”ı (Frankfurt) və “Bavariya”nı çalışdırıb. 2020-22-ci illərdə “Monako”ya başçılıq edən mütəxəssisin yeni komandası son mövsümü 12-ci yerdə başa vurub.