Şahinin yerini o tutdu

31.01.2025 18:55 257
Dünya futbolu
Bir neçə gün əvvəl “Borussiya”dan istefaya göndərilən Nuri Şahinin xələfi məlumdu.

Dortmund klubunda baş məşqçi vəzifəsinə Niko Kovaç təyin olunub. Almaniya mətbuatının məlumatına görə, “Bavariya”nın keçmiş baş məşqçisi ilə müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Kovaçın sonuncu iş yeri “Volfsburq” olub. 53 yaşlı məşqçi daha əvvəl “Monako” və “Ayntraxt”ı (Frankfurt) da çalışdırıb.