O, bununla bağlı özünün “YouTube” kanalında danışıb:
“Monakoya qayıtmışıq və indi əzələ kütləsini artırmaq üçün hər gün çalışırıq. Bir neçə həftə əvvəl badamcıqları kəsdirdim, ardından çox arıqladım. Bəlkə sifətimə baxanda da arıqladığım hiss olunur. Daha güclü qayıtmaq üçün mümkün olan hər şeyi etdik, ümid edirəm ki, bu, doğru qərar idi”.
Xatırladaq ki, Sinner oktyabrda mövsümü vaxtından əvvəl bitirməyə qərar verib. O, “Uimbldon” turnirini qazandığı iyulun 12-dən bəri korta çxmır. Tennisçi diz zədəsindən sonra hələ də bərpa olunur. 25 yaşlı Sinner ATP turnirlərində 30 titul qazanıb.





