“Barselona”da yeni müqavilə

18.07.2025 04:29 9
Dünya futbolu
Voytsex Şçensnı ilə bağlı məsələyə aydınlıq gəlib. Təcrübəli futbolçu “Barselona” ilə yenidən anlaşıb.

"Football-plus.az" xəbər verir ki, polşalı qapıçı İspaniya klubu ilə müqaviləsinin müddətini 2027-ci ilin yayına qədər artırıb. Şçensnı “Barselona”da bu ilin qışından çıxış edir. O, komandanın əsas qapıçısı Mark-Andre ter Ştegenin ağır zədələnməsindən sonra kataloniyalıların təklifini müsbət cavablamaqla karyerasını bərpa etmişdi.

35 yaşlı qapıçı komanda ilə bütün turnirlərdə keçirdiyi 30 oyunun 14-də qapısını toxunulmaz saxlayıb.