İlin ən yaxşı transferi seçildi

22.11.2026 23:59 0
Dünya futbolu
MLS-də 2026-cı ilin ən yaxşı transferi müəyyənləşib. Bu barədə liqanın rəsmi saytı məlumat yayıb.

"Football-plus.az" xəbər verir ki, bu ada “Orlando Siti”nin hücumçusu Antuan Qrizmann layiq görülüb. Fransalı futbolçu martda ABŞ klubu ilə müqavilə imzalayıb, iyulda isə komandanın heyətinə qoşulub. O, Florida klubunun heyətində bütün turnirlərdə 22 matçda meydana çıxıb, 15 qol vurub və 7 məhsuldar ötürmə edib. “Orlando Siti” müntəzəm çempionatı Şərq Konfransında 8-ci yerdə başa vurub. Komanda MLS-in pley-off mərhələsinə vəsiqə qazanmaq üçün “Sinsinnati” ilə qarşılaşacaq.

Qeyd edək ki, Qrizmann karyerası ərzində “Real Sosyedad”, “Atletiko” və “Barselona”da da çıxış edib.