“Borussiya”da yeni müqavilə

8.10.2024 20:10 304
Dünya futbolu
Dortmund “Borussiya”sı Yulian Ryuersonla müqaviləni yeniləyib.

Almaniya klubunun mətbuat xidmətinin xəbərinə görə, 26 yaşlı norveçli müdafiəçi ilə müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Yulian bu mövsüm “Borussiya”nın heyətində bütün turnirlərdə 8 oyuna çıxaraq 1 qolun ötürməsini edib. Onun “transfermarkt” portalına görə 20 milyon avro dəyəri var.