Karyerasını Almaniyada davam etdirəcək

26.08.2025 16:14
Dünya futbolu
Lukas Vaskesin yeni klubu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, “Real”ın keçmiş futbolçusu karyerasını Almaniyada davam etdirəcək. İspaniya mətbuatının məlumatına görə, 34 yaşlı oyunçu “Bayer-04” ilə müqavilə imzalayacaq. O, Leverkuzen klubuna azad agent kimi keçəcək. Futbolçu artıq yeni klubunda tibbi müayinədən keçib. Müqavilə bu gün açıqlana bilər.

Təcrübəli futbolçu “Real”dan bu yay ayrılıb. O 2007-ci ildən Madrid klubunun heyətində 402 oyuna çıxıb. Bu müddət ərzində 23 titul qazanıb.