Takefusa Kubo yeni mövsümdə də “Real”ın formasında görünməyəcək.
"Football-plus.az" xəbər verir ki, İspaniya çempionu gənc futbolçu ilə yolları bu dəfə birdəfəlik ayırıb.
Yapon idmançı karyerasını yenə La Liqada davam etdirəcək. O, tibbi müayinədən problemsiz keçdikdən sonra “Real Sosyedad”la 5 illik müqavilə imzalayacaq. San Sebastyan klubu bu transfer üçün 6,5 milyon avro ödəyəcək.
Takefusa müqavilə ilə “Real”a 2019-cu ildən məxsusdu. Maraqlıdı ki, ötən üç ildə bu komandanın formasında İspaniya çempionatında bir dəfə də görünməyib. Bu müddətdə icarə əsasında “Malyorka”, “Vilyarreal” və “Xetafe”də çıxış edib.
“Real”ı birdəfəlik tərk edir
Dünya futbolu

