“Benfika”dan “Bayer-04”ə keçəcək

18.05.2023 11:34 265
Dünya futbolu
Alexandro Qrimaldo bu yay “Benfika”dan ayrılacaq. O, karyerasını Almaniyada davam etdirəcək.

"Football-plus.az" xəbər verir ki, 27 yaşlı ispan müdafiəçi “Bayer-04”ə keçəcək. Qrimaldo Leverkuzen klubu ilə müddəti 2027-ci ilə qədər nəzərdə tutulan müqavilə üzrə danışıqlarda razılığa gəlib.

“Bayer-04” ona görə təzminat ödəməyəcək. Səbəb Alexandronun “Benfika” ilə müqaviləsinin müddətinin iyunun 30-da sona çatacağıyla bağlıdı.

“Barselona”nın yetirməsi olan futbolçu lissabonluların heyətində 2016-cı ildən çıxış edir. Qrimaldo bu mövsüm bütün turnirlərdə meydana çıxdığı 52 oyunda 7 qolun və 15 məhsuldar ötürmənin müəllifi olub.