Dortmunddan Madridə üz tutacaq

23.06.2022 20:53 337
Dünya futbolu
Aksel Vitselin yeni klubu müəyyənləşib.

Təcrübəli futbolçu karyerasını İspaniyada davam etdirəcək. Belçika yığmasının yarımmüdafiəçisi “Atletiko” ilə anlaşıb. Onun Madrid klubu ilə “1+1 il” sxemi üzrə müqavilə bağlayacağı məlum olub.

Aksel yeni klubuna azad agent kimi qoşulacaq. Səbəb onun Dortmund “Borussiya”sı ilə müqaviləsinin müddətinin iyunun 30-da sona çatacağı ilə bağlıdı.