“Çelsi”ni o da tərk etdi

23.08.2025 18:47 6
Dünya futbolu
Renatu Veyqa bu yay “Çelsi”ni tərk edən futbolçuların sırasına qoşulub.

"Football-plus.az" xəbər verir ki, o, bundan sonra İspaniyada çıxış edəcək.

“Vilyarreal” müdafiəçini birdəfəlik transfer edib. İspaniya klubunun mətbuat xidmətinin məlumatına görə, portuqaliyalı futbolçu ilə müddəti 2032-ci ilin iyununa qədər razılaşdırılan müqavilə imzalanıb.

Renatu ötən mövsümün ikinci yarısını icarə əsasında “Yuventus”un heyətində keçirib. O, mövsüm ərzində bütün turnirlərdə 33 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.