Gözlənilən transfer rəsmiləşdi

11.08.2025 13:56 9
Dünya futbolu
Benjamin Şeşkonun “Leyptsiq”dən “Mançester Yunayted”ə transferi rəsmiləşib.

İngiltərə klubunun mətbuat xidmətinin məlumatına görə, sloveniyalı futbolçu ilə müddəti 2030-cu ilin iyununa qədər razılaşdırılan müqavilə imzalanıb.

Hücumçu Almaniya klubunda 2023-cü ilin yayından çıxış edirdi. Benjamin ötən mövsüm bütün turnirlərdə 45 oyun keçirib, 21 qol vurub və 6 məhsuldar ötürmə edib.