“İmişli” “Neftçi” ilə oyundan bir xalla ayrıla bildi (0:0). Oyundan sonra Aran təmsilçisinin baş məşqçisi Jorj Kaskilya medina önünə çıxdı.
- Gözlədiyimiz kimi, “Neftçi” ilə oyun çox çətin keçdi. Rəqib çempionluğa oynayan komandadı. Son oyundakı səhvlərimizi düzəldib bu oyuna hazırlaşdıq. Vacib olan bir xalı qazandıq. İstəyimizə nail olduq.
- Çexiyanın 3-cü liqasındakı komandanı 4-cü liqaya yuvarlatmışdız. Burda isə iki iddialı komanda ilə oyunlarda xal qazanmağa yaxın olduz. Bu oyunda hətta xal da qazandız. Çexiya 3-cü liqası daha rahatdı, yoxsa premyer-liqa?
- Müqayisə etməyim mümkün deyil. Bura daha üstün və güclüdü.
- Fernando Santuşla müzakirəniz olub?
- Azərbaycana gəlməmiş Santuşla heç bir əlaqəm olmayıb. Burda tanış olmuşuq. Çempionatla bağlı aramızda heç bir söhbət olmayıb.
- İlk üç oyunda rəqibləriniz çox çətindi. Demək olar ki, bəxtiniz gətirməyib?
- Püşkatmadan sonra üç çempionluğa iddialı komandaya qarşı oynayacağımızı bilirdik. Komandanı bacardığımız qədər hazırlamağa çalışdıq. O komandalar favorit olsa da, biz də onlardan geri qalmırıq. İndi daha çox işimiz var. “Sabah” sürətli komandadı. Əsas fikrimiz “Sabah”la oyundadı.
- “İmişli” tarixində elitada xal qazanan ilk məşqçi olduz. Ölkənin ən köklü klubundan xal aldız. Bu haqda fikirləriniz?
- Əlbəttə, belə klubla heç-heçə etmək sevindiricidi. Bu komanda ilə oyunda xal qazanmaq bir məşqçi üçün uğurdu. Heyətimizdə cavan oyunçular var. Daha yaxşı nəticələr üçün çalışacağıq.
MÜZƏFFƏR QULUZADƏ
“Bu komanda ilə oyunda xal qazanmaq bir məşqçi üçün uğurdu” - Jorj Kaskilya
Ölkə futbolu / Manşet






