Fransa İnfantinoya dəstək əvəzinə dirsək göstərdi

11.09.2026 21:14 0
Dünya futbolu
Dünya futbolunda Canni İnfantinonun əleyhdarlarının sayı getdikcə artır.

İtaliyadan sonra Fransa Futbol Federasiyası (FFF) da FİFA-nın prezidentinə dəstəyini geri götürüb.
Bu haqda FFF-nin rəhbəri Filip Diallo məlumat verib. O, FİFA-nın yeni kommersiya strukturu yaratmaq təşəbbüsü futbolun imicinə və birliyinə ciddi zərər vurduğunu bildirib:

“Bu təşəbbüslər futbolun imicinə və birliyinə ciddi zərər vurub. Biz İcraiyyə Komitəsindəki həmkarlarımla hesab edirik ki, FİFA-nın prezidentinə olan etimad itib. Dünya futbolunun necə inkişaf etməli olduğuna dair baxışımız artıq onun yanaşması ilə üst-üstə düşmür. Məhz buna görə FFF-nin İcraiyyə Komitəsi yekdilliklə Canni İnfantinoya dəstəyi geri çəkmək qərarına gəlib. Mövqeyimiz aydındı”.

Yeri gəlmişkən, FİFA-da prezident seçkiləri 2027-ci ilin martına təyin olunub. İnfantino postunu yenə qorumaq istəyini rəsmən bəyan edib.