Ayxan Abbasov Mahirin oyununu tribunadan izlədi

11.09.2026 22:11 0
Ölkə futbolu
Millimizin baş məşqçisi Ayxan Abbasov və komandanın idman direktoru İlqar Qurbanov Polşanın Çenstoxova şəhərinə səfər ediblər.

"Football-plus.az" xəbər verir ki, səfərdə məqsəd millinin “Rakuv”da çıxış edən futbolçusu Mahir Emrelinin oyununu canlı izləmək olub.

“Rakuv” bu gün Polşa çempionatının 7-ci turunda “Motor”u qəbul edib və 2:0 hesablı qələbə qazanıb.