Ronaldo: 1000-979=...

11.09.2026 20:45 45
Dünya futbolu
Kriştiano Ronaldo möhtəşəm karyerasında 1000-ci qolu vurmaq yolunda növbəti addımı atıb. O, bu hədəfə aparan yolda bombardirlik göstəricisini daha da artırıb.

“Əl-Nəssr”in ulduz futbolçusu Səudiyyə Ərəbistanı çempionatının “Abha” ilə oyununda qapıya yol tapıb. 41 yaşlı hücumçu buna Pro Liqanın 6-cı turunda baş tutan matçın 22-ci dəqiqəsində nail olub. Ronaldo künc zərbəsindən sonra Qabriel Anjelonun ötürməsini dəqiq tamamlayıb. Bu, portuqaliyalı futbolçunun karyerasında 979-cu qolu olub.

“Əl-Nəssr” 2:1 hesabı ilə qalib gəlib. Ronaldo ilə yanaşı, meydan sahiblərinin heyətində Əl-Həmdan da fərqlənib. “Abha”nın yeganə qoluna isə Avropadakı çıxışı ilə tanınan Nabil Fekir imza atıb.