“Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Son olaraq Fransa “Qrenobl”ında çıxış etmiş Mamadi Banqre ilə "1+2" illik müqavilə imzalanın. 25 yaşlı vinger “11” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Banqre Fransanın “Tuluza” komandasının yetirməsidi. O, karyerası ərzində “Tuluza” ilə yanaşı “Trua”, “Pau” kimi komandaların da şərəfini qoruyub.
Banqre həmçinin vətəni Burkina-Faso millisində 9 oyun keçirib.
"Sumqayıt" "Tuluza"nın yetirməsini transfer etdi
Ölkə futbolu






