“Sabah” ÇL oyununda həm Avropa, həm də Azərbaycan rekordu müəyyənləşdirdi. Dünən “bayquşlar”ın start heyətində 11 fərqli millətin nümayəndəsi yer almışdı – avrokuboklar üçün görünməmiş mənzərədi. Digər rekord isə...
“Sabah” 75635 yerlik “Old Trafford”da, amma 73685 azarkeş önündə oynadı, yəni tribunalarda cəmi 1950 boş yer var idi. Bu, Azərbaycan klublarının həm ev, həm də səfər matçları nəzərə alınmaqla, tarix ərzində ən çox azarkeş qarşısında keçirdiyi oyun oldu.
Əvvəlki rekord “Qarabağ”a məxsus idi. 2017-ci il sentyabrın 27-də Ağdam təmsilçisi Çempionlar Liqasının qrup mərhələsində Bakı Olimpiya Stadionunda “Roma”nı qəbul edib. Həmin qarşılaşmanı 67200 tamaşaçı izləyib.
Növbəti iki pillədə də “Qarabağ”ın ev oyunları qərarlaşıb. “Köhlən atlar”ın Çempionlar Liqasının qrup mərhələsində debüt etdiyi il noyabrın 22-də “Çelsi” ilə və 2018-ci ilin oktyabrın 4-də “Arsenal”la AL-da Bakı Olimpiya Stadionunda keçirdiyi görüşlərə, uyğun olaraq, 67100 və 63412 azarkeş gəlib.
Səfər oyunlarında da ən yüksək göstərici yenə “Qarabağ”a məxsusdu. Ağdam klubu bu il yanvarın 28-də “Enfild”də “Liverpul”la qarşılaşıb, 0:6 bitən görüşü 60043 tamaşaçı izləyib.
İSRAYIL XEYRULLAYEV
73685 – Azərbaycanın heç bir klubu bu qədər azarkeş önündə oynamayıb!
Ölkə futbolu






