Nəriman "Beşiktaş"a qarşı oynaya bilmədi

11.09.2026 23:41 180
Dünya futbolu
Türkiyə superliqasında 8-ci tura start verilib.

"Football-plus.az" xəbər verir ki, Nəriman Axundzadənin çıxış etdiyi “Ərzurumspor” səfərdə “Beşiktaş”la qarşılaşıb. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Axundzadə bütün oyunu ehtiyat oyunçular skamyasında keçirib.

“Ərzurumspor” 4 xalla 15-ci pillədə qərarlaşıb.