"Səbail"in sabiq futbolçusu Pedro Nunonun yeni klubu bəlli olub.
"Football-plus.az" xəbər verir ki, portuqaliyalı futbolçu Rumıniyada çıxış edəcək. 30 yaşlı futbolçu “Otelul”la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, son mövsümü “Korona”da (Polşa) keçirən Nuno 2023/24 mövsümündə "Səbail"də çıxış edib. O, bu komandada 34 oyuna 10 qol vurub.