Premyer-liqanın 2023/24 mövsümünə hazırlaşan "Səbail" legioner futbolçu transfer etməyə hazırlaşır.
"Football-plus.az" xəbər verir ki, məlumatı Portuqaliyanın "Record" nəşri yayıb. İnformasiyaya görə paytaxt təmsilçisi Pedro Nuno ilə "1" illik müqavilə imzalayacaq.
28 yaşlı portuqaliyalı son olaraq “Adanaspor”da çıxış edib. Yarımmüdafiəçi ötən mövsüm Türkiyə klubunda 18 görüşdə 1 qol vurub, 1 məhsuldar ötürmə edib.
Nuno "Benfika", "Tondela", "Belenenseş" kimi komandalarında çıxış edib.