Azərbaycanlı futbolçu Polşa klubunda - RƏSMİ

12.04.2022 11:06 716
Dünya futbolu
Elgün Nəbiyev karyerasını Polşada davam etdirəcək.

26 yaşlı yarımmüdafiəçi "Limanovya" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Nəbiyev 2-ci Liqa təmsilçisi ilə müqaviləsi mövsümün sonunadək nəzərdə tutulub.

Qeyd edək ki, Elgün Nəbiyev Azərbaycanda “Sabah”, “Sumqayıt”, “Zirə” və “Səbail” klublarında oynayıb.