"Qarabağ"ın sabiq futbolçusu Simeon Slavçev karyerasını Polşa "Veçistu"sunda davam etdirəcək.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçi ilə 2,5+1 illik müqavilə imzalandığı bilirilib. Bolqarıstanlı futbolçu 3-cü Liqada mübarizə aparan komandada 88 nömrəli formanı geyinəcək
Qeyd edək ki, Slavçev 2018 - 2020-ci illərdə "Qarabağ"da oynayıb. Onun son klubu Polşa "Lexiya"sı olub.