“Kəpəz”in sabiq futbolçusu Karim Lkuçanın yeni klubu bəlli olub.
"Football-plus.az" xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Mərakeşdə oynayacaq.
O, bu ölkənin “Olimpik Klub de Safi” komandası ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı futbolçu ilə 2027-ci il iyunun 30-na qədər müqavilə imzalanıb.
Xatırladaq ki, Lkuça 2024/25 mövsümünü "Kəpəz"də keçirib. O, Gəncə təmsilçisində 33 oyuna 3 qol vurub.