Klubu ilə yenidən anlaşdı

1.08.2025 19:22 9
Dünya futbolu
Federiko Qatti “Yuventus” ilə müqaviləni yeniləyib.

Turin klubunun mətbuat xidmətinin məlumatına görə, mərkəz müdafiəçisi ilə sözləşmənin müddəti 2030-cu ilin yayına kimi artırılıb.

27 yaşlı italiyalı futbolçu “Yuventus”da 2022-ci ildən çıxış edir. O, komandada 109 oyun keçirib.