Klubu ilə yenidən anlaşdı

12.10.2024 12:57 269
Dünya futbolu
Carell Kuansa “Liverpul” ilə müqaviləsini yeniləyib.

İngiltərə klubunun mətbuat xidmətinin məlumatına görə, 21 yaşlı mərkəz müdafiəçisi ilə sözləşmənin müddəti 2030-cu ilin iyununa qədər uzadılıb.

Kuansa 2023-cü ilin yayından “Liverpul”un əsas komandasında çıxış edir. O, bu mövsüm premyer-liqada 1 oyunda meydana çıxıb.