Klubu ilə yenidən anlaşdı

24.10.2024 18:35 281
Dünya futbolu
Mattia Perin klubu ilə yenidən anlaşıb.

“Yuventus” rəhbərliyi qapıçı ilə müqaviləni yeniləyib. İtaliya klubunun mətbuat xidmətinin yaydığı xəbərə görə, 31 yaşlı futbolçunun yeni sözləşməsinin müddəti 2027-ci ilin iyununa qədərdi.

Perin Turin klubunda 2018-ci ildən çıxış edir. O, cari mövsümdə komandada 4 matçda meydana çıxıb. Mattianın əvvəllər “Cenoa” və “Peskara”da oynadığını da xatırladaq.