Braziliya yığmasının, “Barselona” və “Milan”ın sabiq yarımmüdafiəçisi Ronaldinyonun oğlu Joao Mendeş karyerasını İngiltərədə davam etdirəcək.
Bu haqda “Globo” məlumat yayıb.
19 yaşlı futbolçu “Bernli” ilə 2 illik müqavilə imzalayıb. Qeyd edək ki, 2023-cü ilin yayında “Barselona”ya keçən Mendeş İspaniya klubundan bu yay ayrımışdı. O, “Barselona” ilə 9 oyuna çıxıb.