Andrey Şevçenko Ukrayna futbolunda vacib posta yiyələnib. O, bundan sonra futbol assosiasiyasına (UFA) rəhbərlik edəcək.
"Football-plus.az" xəbər verir ki, UFA-nın konqresi cümə axşamı Kiyev şəhərində keçirilib. Ukraynanın futbol rəsmiləri qurumun prezidenti vəzifəsinə vakant sayılan yeganə namizəd olan Şevçenkonu yekdilliklə dəstəkləyib. Maraqlıdı ki, konqresin 94 iştirakçısından 93-ü onu dəstəkləyib, səbəbkar isə bitərəf qalmağı lazım bilib. Kiyev “Dinamo”su, “Milan”ın və “Çelsi”nin keçmiş hücumçusu UFA-nın tarixinə 6-cı prezident kimi düşüb. Qeyd edək ki, təşkilatın əvvəlki rəhbəri Andrey Pavelko hazırda assosiasiyadakı korrupsiya qalmaqallarına görə həbsdədi.
2004-cü ildə “Qızl top” mükafatına layiq görülən Şevçenko ölkə futbolunun inkişafı üçün 9 amilin – şəffaflıq, rəqəmsallaşma, mütəxəssislərin hazırlanması, milli komandaların inkişafı, klublarla əməkdaşlıq, hakimlik sahəsində islahatların aparılması, posttravmatik bərpa, effektiv marketinq və beynəlxalq əməkdaşlığın vacib olduğunu vurğulayıb.