Ukrayna yığması 1999-cu ildə səfərdə Rusiyaya qarşı keçirdikləri AÇ-2020-nin pley-off mərhələsinin cavab görüşündən əvvəl Moskvada oteldə gecələyə bilməyib.
Bu haqda komandanın sabiq futbolçusu və baş məşqçisi Andrey Şevçenko açıqlama verib. O bildirib ki, Kiyevdə 3:2 hesabıyla qalib gəldikləri ilk matçın ardından təhlükəsizlik məqsədilə Ukraynanın Rusiyadakı səfirliyinin binasında qalmalı olublar.
Qeyd edək ki, Moskvadakı oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Ukrayna millisinin bərabərlik qolunu sonuncu dəqiqədə cərimə zərbəsindən Andrey Şevçenko vurub. Həmin epizodda Rusiya yığmasının qapıçısı Andrey Filimonov topu əlindən buraxmaqla kobud səhvə yol verib. Nəticədə meydan sahibləri Avropa çempionatından kənarda qalıb.