Şevçenko prezidentliyə yeganə namizəddi

1.01.2024 19:59 289
Dünya futbolu
Ukrayna Futbol Assosiasiyasının (UFA) prezidenti vəzifəsinə namizədlərin qeydiyyatı ilə bağlı yaradılan İşçi Qrupun növbəti iclası keçirilib.

"Football-plus.az" xəbər verir ki, iclas Andrey Şevçenko üçün əlamətdar olub.

Ukrayna mətbuatının yaydığı xəbərə görə, iclasda onun namizədliyi qeydə alınıb. Yayılan məlumatda Ukrayna yığmasının sabiq hücumçusu olan Şevçenkonun UFA-nın prezidenti vəzifəsinə yeganə namizəd olduğu da bildirilib. Beləliklə, qurumun növbəti prezidentinin 47 yaşlı Şevçenkonun olacağı dəqiqləşib.

Qeyd edək ki, UFA-da növbədəkənar prezident seçkisi 2024-cü il yanvarın 25-nə təyin olunub.