Rəmzi komandada 4 çempion

17.07.2025 20:26 10
Dünya futbolu
Klublararası Dünya Çempionatının rəmzi komandası açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, bazar günü sona çatan turnirin ilk “11-liy”inə qalib komanda “Çelsi”nin 4 futbolçusu layiq bilinib.

Rəmzi komandanı nəzərinizə çatdırırıq:

Qapıçı: Yasin Bunu (Əl-Hilal).
Müdafiəçilər: Əşrəf Hakimi, Markinyos (hər ikisi PSJ), Tyaqo Silva (Fluminense), Mark Kukurelya (Çelsi).
Yarımmüdafiəçilər: Pedro Neto, Entso Fernandes, Koul Palmer (hamısı “Çelsi”), Vitinya (PSJ).
Hücumçular: Con Aryas (Fluminense), Qonsalo Qarsiya (Real).