Braziliya çempionatında yenicə sona çatan mövsümün rəmzi komandası müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, A seriyasının ən yaxşılarından ibarət yığmada son çempion daha çox oyunçu ilə təmsil olunub.
Yüksək liqanın mətbuat xidmətinin məlumatına görə, “Palmeyras”ın 6, “Fluminense” və “Flamenqo”nun 2, “Qoyas”n isə 1 üzvü rəmzi komandaya layiq bilinib: qapıçı – Ueverton (Palmeyras); müdafiəçilər – Markos Roşa, Xoakin Pikeres, Qustavo Qomes, Murilo (hamısı “Palmeyras”); yarımmüdafiəçilər – Qustavo Skarpa (Palmeyras), Andre (Fluminense), Juan Qomes, Corcian De Arraskaeta (hər ikisi “Flamenqo”); hücumçular – Xerman Kano (Fluminense), Pedro Raul (Qoyas).