UEFA AÇ-2024-ün rəmzi komandasını açıqlayıb.
Xatırladaq ki, İspaniya millisi finalda İngiltərəyə 2:1 hesabı ilə qalib gələrək tarixində 4-cü dəfə qitə çempionu olub. 11 nəfərlik heyətə çempion İspaniya yığmasının 6, Fransanın 2, İsveçrə, Almaniya və İngiltərə komandalarının isə hərəyə 1 futbolçusu layiq bilinib.
Qapıçı: Mayk Menyan (Fransa).
Müdafiəçilər: Kayl Uoker (İngiltərə), Manuel Akanci (İsveçrə), Uilyam Saliba (Fransa), Mark Kukurelya (İspaniya).
Yarımmüdafiəçilər: Rodri, Daniel Olmo, Fabian Ruis (hamısı İspaniya).
Hücumçular: Lamin Yamal, Niko Uilyams (hər ikisi İspaniya), Camal Musiala (Almaniya).