Çempionlar Liqasında (ÇL) 2024/25 mövsümünün rəmzi komandası müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, UEFA-nın Texniki Müşahidəçilər Qrupunun ümumi rəyinə əsasən, 4 klubun üzvləri mövsüm ərzində özünü ən yaxşı tərəfdən göstərə biliblər.
Çempion PSJ rəmzi komandada daha çox - 7, “Barselona” 2, “İnter” və “Arsenal” isə 1 futbolçu ilə təmsil olunub:
qapıçı - Canluici Donnarumma (PSJ); müdafiəçilər - Əşrəf Hakimi, Markinyos, Nunu Mendeş (hamısı PSJ), Alessandro Bastoni (İnter); yarımmüdafiəçilər - Vitinya (PSJ), Deklan Rays (Arsenal); hücumçular - Lamin Yamal (Barselona), Dezire Due, Usman Dembele (hər ikisi PSJ), Rafinya (Barselona).