Paytaxt klubunda yeni müqavilə

18.07.2025 07:58 6
Dünya futbolu
Mile Svilar “Roma” ilə müqaviləsini yeniləyib.

"Football-plus.az" xəbər verir ki, 26 yaşlı qolkiperlə imzalanan yeni müqavilənin müddəti 2030-cu ilin yayınadək nəzərdə tutulub.

Mile ötən mövsüm A seriyasında 16 matçda qapısını toxunulmaz saxlamağı bacarıb. Bununla da serbiyalı oyunçu çempionatda mövsümün ən yaxşı qapıçısı seçilib.

Mile 2022-ci ilin yayından “Roma”nın formasını geyir.