Paytaxt klubunda yeni müqavilə

26.05.2025 20:55 10
Dünya futbolu
Pablo Barrios klubunun yeni təklifini qəbul edib.
Gənc futbolçu “Atletiko” ilə müqaviləsini yeniləyib. İspaniya klubunun saytının məlumatına görə, 21 yaşlı yarımmüdafiəçinin yeni müqaviləsinin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub.

Pablo “Atletiko”nun yetirməsidi. O, cari mövsümdə meydana çıxdığı 40 matçda 1 qol vurub və 4 məhsuldar ötürmə edib.

Əlavə edək ki, Barriosun transfer dəyəri 50 milyon avro qiymətləndirilir.