İtaliya klubunda yeni müqavilə

17.11.2024 20:47 282
Dünya futbolu
Yan Bissek “İnter” ilə müqaviləsini yeniləyib.

“La Gazzetta dello Sport”un məlumatına görə, 23 yaşlı müdafiəçinin yeni sözləşməsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Klubun bununla bağlı tezliklə rəsmi açıqlama yayacağı bildirilib.

Bissek “İnter”də ötən ilin yayından çıxış edir. Almaniyalı futbolçu bu mövsüm A seriyasında 7 oyun keçirib.