"Eqnatiya" Zamiqə yenə ehtiyac duymadı

18.10.2026 23:30 18
Dünya futbolu
Albaniyada superliqanın 7-ci turuna yekun vurulub.

"Football-plus.az" xəbər verir ki, Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” “Vlazniya”nı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Əliyev növbəti dəfə bütün oyunu ehtiyat oyunçular skamyasında keçirib.

Hazırda “Eqnatiya” 18 xalla 2-ci pillədə qərarlaşıb.