Almaniyanın Kotbus şəhərində keçirilən batut gimnastikası üzrə Dünya Kubokunda idmançımız Selcan Mahsudova qızıl medal qazanıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Təmsilçimiz fərdi proqramda 55,540 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb və fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Selcan Dünya Kubokunda qızıl medal qazandı
İdman





